EN

“Liverpul” “Yuventus”dan futbolçu istəyir

İngiltərənin “Liverpul” klubu “Yuventus”un yarımmüdafiəçisi Kefren Türamı transfer siyahısına daxil edib.

İdmanxeber.az-ın məlumatına görə, mersisaydlılar yay transfer dönəmində 24 yaşlı futbolçu üçün rəsmi addım ata bilər. Lakin Turin təmsilçisi oyunçunu satmaq niyyətində deyil və ona yeni müqavilə təklif etməyə hazırlaşır.

Türamın bazar dəyəri 40 milyon avrodur. Fransalı yarımmüdafiəçi bu mövsüm 32 oyunda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Chosen
6
idmanxeber.az

1Sources