EN

Zelenski vaxt açıqladı: 7 10 gün ərzində...

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, münaqişənin nizamlanmasına dair növbəti görüş 7–10 gün ərzində, böyük ehtimalla Cenevrə şəhərində keçiriləcək.

Globalinfo.az xəbər verir ki, onun sözlərinə görə, Kiyev yaxın günlərdə danışıqlar heyətinin mandatını və mövqeyini müəyyənləşdirəcək.

Zelenski ümid edir ki, görüş fevral ayı ərzində baş tutacaq. Prezident qeyd edib ki, ən çətin məsələlər üzrə Ukraynanın mövqeyi hazırdır, üçtərəfli formatda və ABŞ-la danışıqların prioritetləri müəyyənləşdirilib. O, həmçinin hərbi əsirlərin mübadiləsinin davam edəcəyinə ümidvar olduğunu  vurğulayıb. Eyni zamanda Avropanın prosesdə rolunun artmalı olduğunu diqqətə çatdırıb.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
17
globalinfo.az

1Sources