ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, münaqişənin nizamlanmasına dair növbəti görüş 7–10 gün ərzində, böyük ehtimalla Cenevrə şəhərində keçiriləcək.
Globalinfo.az xəbər verir ki, onun sözlərinə görə, Kiyev yaxın günlərdə danışıqlar heyətinin mandatını və mövqeyini müəyyənləşdirəcək.
Zelenski ümid edir ki, görüş fevral ayı ərzində baş tutacaq. Prezident qeyd edib ki, ən çətin məsələlər üzrə Ukraynanın mövqeyi hazırdır, üçtərəfli formatda və ABŞ-la danışıqların prioritetləri müəyyənləşdirilib. O, həmçinin hərbi əsirlərin mübadiləsinin davam edəcəyinə ümidvar olduğunu vurğulayıb. Eyni zamanda Avropanın prosesdə rolunun artmalı olduğunu diqqətə çatdırıb.
Əliyar Xəlil
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.