Belarus Xarici İşlər Naziri Maksim Rıjenkov ABŞ Prezidenti Donald Trampın Sülh Şurasının ilk iclasında iştirak edə bilməyib. Çünki ona viza verilməyib.
Bu barədə Belarus Xarici İşlər Nazirliyi X sosial media platformasında məlumat verib. Nazirlik sənədlərin vaxtında təqdim edildiyini və bütün prosedurlara əməl edildiyini, lakin nümayəndə heyəti üçün vizaların verilmədiyini qeyd edib. Belarus Xarici İşlər Nazirliyi əlavə edib ki, Rıjenkovun tədbirdə ölkəni təmsil edəcəyi barədə ABŞ-a əvvəlcədən məlumat verib.
Vaşinqtonun dəvəti Aleksandr Lukaşenkoya ünvanlanıbmış. “Əgər hətta əsas rəsmiyyətlərə belə əməl olunmursa, hansı “sülhdən” danışırıq?”, – Belarus Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.
//Samir Qurbanov, Editor.az