EN

Frankfurt vağzalındakı qətllə bağlı MƏHKƏMƏ: 8 nəfərə ömürlük həbs GÖZLƏNİLİR

Frankfurt vağzalındakı qətllə bağlı məhkəmə başlayır.

İnterpress.az xəbər verir ki, bu barədə Almaniya KİV-ləri məlumat yayıb.

Bu gün Frankfurt torpaq məhkəməsində 2024-cü il avqustun 20-də şəhərin baş vağzalının platformasında güllələnmiş 27 yaşlı Əbdül Qadir E.-nin qətli ilə bağlı məhkəmə prosesi başlayır.

İstintaqın məlumatına görə, 55 yaşlı Kamal O. yaxın məsafədən gəncin kürəyinə, daha sonra isə başına iki atəş açıb.

Cinayəti törədən şəxs hadisə yerindəcə polis əməkdaşları tərəfindən saxlanılıb.

İttiham tərəfi bu hadisəni tərəflər arasında davam edən uzunmüddətli ailə düşmənçiliyinin (qan davası) bir epizodu kimi qiymətləndirir.

Təqsirləndirilən şəxslər kürsüsündə səkkiz nəfər əyləşib: onlardan yeddisi qəsdən adam öldürmə, biri isə ağır cinayətə hazırlıq maddəsi ilə ittiham olunur.

Baş prokuror Dominik Mis bildirib ki, bir nəfərin qətlinə görə yeddi nəfərin məsuliyyətə cəlb edilməsi prokurorluq təcrübəsində olduqca nadir hallardan biridir.

Məhkəmə iclasları gücləndirilmiş təhlükəsizlik tədbirləri altında keçiriləcək. Günahları sübuta yetiriləcəyi təqdirdə, təqsirləndirilən şəxsləri ömürlük həbs cəzası gözləyir.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
59
interpress.az

1Sources