Geridə qalan avrokubok həftəsindən sonra UEFA reytinqində Azərbaycanın mövqeyi dəyişib.
Publika.az xəbər verir ki, bir pillə geriləyən ölkəmiz 27-ci yerdə qərarlaşıb. Buna səbəb Sloveniyanın (23.343) 26-cı sıraya yüksəlməsidir. Azərbaycan hazırda 22.937 xala malikdir. 28-ci sıradakı Rusiyanın 22.632 əmsalı var.
Siyahıya isə 112.352 xalla İngiltərə başçılıq edir.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsində ölkəmizi təmsil edən "Qarabağ" Bakıda "Nyukasl"a (İngiltərə) 1:6 hesabı ilə məğlub. Cavab görüşü fevralın 24-də keçiriləcək.