EN

Azərbaycan millisi Belarusda ikinci oyununa çıxır

Azərbaycanın 18 yaşadək futbolçulardan ibarət millisi Belarusun paytaxtı Minskdə keçirilən Beynəlxalq İnkişaf Turnirində bu gün ikinci oyuna çıxacaq.

Fanat.Az xəbər verir ki, B qrupunda yer alan milli Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 14:20-də başlayacaq.

Qeyd edək ki, Aqil Nəbiyevin rəhbərlik etdiyi U-18 ötən gün keçirdiyi ilk matçda Rusiya yığmasına 1:7 hesabı ilə məğlub olub. Özbəklər isə açılış oyununda Belarusla bərabərə (0:0) qalıb.

Chosen
14
1
fanat.az

2Sources