EN

Tramp Krımla bağlı Rusiyaya qarşı sanksiyaları daha bir il uzadıb

ABŞ prezidenti Donald Tramp, Moskvanın 2014-cü ildə Ukrayna Krımını ilhaq etməsindən sonra Rusiyaya qarşı tətbiq edilən sanksiyaları daha bir il uzadıb.

Herbiand.az xəbər verir ki, bu barədə məlumat ABŞ hökumət sənədlərinin toplusu olan Federal Reyestrdə dərc olunub.

Ağ Ev rəhbərinin imzaladığı sənəddə deyilir: "Mən 13660 saylı İcra Fərmanında elan edilmiş milli fövqəladə vəziyyəti bir il uzadıram". Fərman əvvəlcə o vaxtkı prezident Barak Obama tərəfindən 6 mart 2014-cü ildə verilmişdi.

"Milli fövqəladə vəziyyət" sanksiyaları sonradan 6 mart 2017-ci ilə qədər, daha sonra isə bir neçə dəfə uzadıldı. Bu, "Ukraynada demokratik prosesləri və institutları pozmaqda, eləcə də onun sülhünü, təhlükəsizliyini, suverenliyini və ərazi bütövlüyünü təhdid etməkdə" məsul olan fiziki və hüquqi şəxslərin aktivlərinin dondurulmasına icazə verirdi.

Chosen
79
herbiand.az

1Sources