"Bu adamlar düşüncələrindəki qaragüruh təfəkkürü ilə hansı mübarizədən danışırlar? Söyüşü, təhqiri həyat kredolarına çevirənlər sabah imkan tapsalar qarşılarına çıxan hər kəsi söyərlər, şantaj edərlər. Düşüncələri, aldıqları tərbiyə, gördükləri əxlaq budur.
Azərbaycandakı ailə mədəniyyətini özlərinin təlimat aldıqları mərkəzlərdəki tərbiyəyə dəyişənlər əgər ailəyə dil uzadırlarsa, bu artıq əxlaqsızlığın son damlasıdır.
Bizim heç bir zaman mübarizəmizdə ailə olmadı, əxlaqdan kənara çıxılmadı. Bu ünsürlər isə milli mentalitetimizi zəhərləməklə məşğuldurlar. Prezidentə və onun ailəsinə qarşı təşkil olunan şantaj, böhtan xalqa və dövlətə yönəlmiş hücumdur. Məqsəd Azərbaycan dövlətini gücsüzləşdirmək, nüfuzuna xələl gətirməkdir.
Müasir texnoloji metodlarla, süni intellektlə öz çirkin əməllərini davam etdirirlər. Bu sistemli və vahid bir mərkəzdən idarə olunan təxribat və hücumların qarşısında xalqımız mətindir. Təxribat ünsürləri, oyuncağa çevrilmiş buqələmunlar dəstəsi isə məğlubdur!"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31