ABŞ-nin İrana mümkün hücumu ilə bağlı orduya və mülki müdafiə bölmələrinə “müharibə hazırlığı” göstərişi verdiyi bildirilən İsrailin Baş naziri Binyamin Netanyahu cavab zərbəsi endiriləcəyi təqdirdə Tehran rəhbərliyini “təsəvvür belə edə bilməyəcəkləri bir qarşılıq verməklə” hədələyib.
"Cebheinfo.az" xəbər verir ki, Baş nazir Netanyahu hərbi məzuniyyət mərasimində çıxışı zamanı İsrailin İrana qarşı “ən böyük müttəfiqi ABŞ ilə çiyin-çiyinə çalışdığını” vurğulayıb.
Hər cür ssenariyə hazır olduqlarını bildirən Netanyahu deyib: “Qəti olan bir məsələ var. Əgər ayətullahlar səhv edib bizə hücum etsələr, təsəvvür belə edə bilməyəcəkləri bir cavabla üzləşəcəklər”.
Netanyahu əlavə edib ki, ötən həftə ABŞ Prezidenti Donald Trump ilə keçirdiyi görüşdə İranla aparılacaq danışıqlarda izlənəcək əsas prinsiplərlə bağlı İsrailin mövqeyini çatdırıb.