EN

Məşhur mağazanın sahibi müəmmalı şəkildə öldü

ain.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"ASOS" onlayn-mağazasının həmtəsisçisi Kventin Qriffits Tailandda müəmmalı şəraitdə dünyasını dəyişib.

Axar.az xəbər verir ki, məlumatı Britaniya mediası yayıb.

Onun 17-ci mərtəbədə yerləşən mənzilindən yıxılaraq həlak olduğu bildirilir.

Vurğulanıb ki, Qriffits son vaxtlar taylandlı keçmiş həyat yoldaşı ilə münaqişə vəziyyətində olub. Qadın onların birlikdə idarə etdikləri şirkətdən 500 min funt sterlinq məbləğində vəsaiti mənimsəməkdə ittiham edilir.

Qeyd edək ki, "ASOS" 2000-ci ildə Londonda təsis edilmiş Böyük Britaniyaya məxsus geyim və kosmetika onlayn mağazasıdır. Şirkət əsasən gənc kütləyə hədəflənib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
58
axar.az

1Sources