EN

Bu gecə Rusiya bölgələri üzərində 149 Ukrayna PUA-sını vurub

Rusiya Ordusunun Hava Hücumundan Müdafiə Qüvvələri bir gecə ərzində Rusiya bölgələri üzərində 149 Ukrayna PUA-sını vurub.

Herbiand.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

Bryansk vilayəti üzərində 57, Qara dəniz üzərində 28, Azov dənizi üzərində 24, Krım yarımadası üzərində 20, Krasnodar diyarı üzərində 17, Rostov vilayəti üzərində iki və Belqorod vilayəti üzərində bir PUA-nın zərərsizləşdirildiyi bildirilib.

Daha əvvəl Sevastopol qubernatoru Mixail Razvojayev Ukrayna Silahlı Qüvvələrinin PUA hücumu nəticəsində bir mülki şəxsin öldüyünü bildirib.

Chosen
58
herbiand.az

1Sources