EN

Şimal bölgəsində hava kəskin dəyişdi: Qar yağır

Bizim media saytına istinadən ain.az xəbər verir.

Şimal bölgəsində bir neçə gün davam edən günəşli havanı bu gün qeyri-sabit hava şəraiti əvəz edib.Bizim.Media xəbər verir ki, hazırda Quba, Şabran, Xaçmaz, Qusar rayonlarına yağış yağır.

 

Bəzi ərazilərdə qatı duman müşahidə olunur. Qubadakı Regional Şimal-Şərq Hidrometerologiya Mərkəzindən verilən məlumata görə, bölgə üzrə ən aşağı temperatur 4, 8 dərəcə olmaqla Qubanın Qrız kəndində müşahidə edilib.

Xaltan kəndində qar yağması müşahidə edilsə də, hündürlük qeydə alınmayıb.Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
73
1
bizim.media

2Sources