Meloni ilə Makron arasında mübahisə olub
İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni Fransa Prezidenti Emmanuel Makronla həftəsonu Lionda ifrat sağçı fəalın qətli ilə bağlı mübahisə ediblər.
aia.az xəbər verir ki, bu barədə "Politico" yazıb.
Fransa Prezidentinin əvvəllər İtaliya liderini 23 yaşlı Kventin Derankın qətlinin bütün Avropa üçün yara olduğunu söyləməsi ilə tənqid etməsindən sonra Meloninin ətrafı Makrona cavab verib.
Makron Hindistana səfəri zamanı çıxış edərək Meloninin Fransanın daxili işlərinə həddindən artıq müdaxilə etdiyini iddia edib.
İki liderin gərgin münasibətləri əvvəllər miqrasiyadan aborta qədər müxtəlif məsələlərdə fikir ayrılıqlarına səbəb olmuşdu, lakin aprel ayında Tuluzada keçiriləcək Fransa-İtaliya sammitində barışıq anı gözlənilir.
İtaliya Baş nazirinə yaxın rəsmilər Makronun şərhlərinin təəccüblə qarşılandığını bildiriblər və Meloninin açıqlamasının dəhşətli hadisədən təsirlənən Fransa xalqı ilə həmrəylik nümayiş etdirmək və bu ölkənin daxili işlərinə heç bir şəkildə müdaxilə etməmək məqsədi daşıdığını bildiriblər./Report
aia.az