Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib. Sənədə əsasən, viza müraciətlərinə kömək edən Özbəkistanda yerləşən iki şirkətin rəhbərlərinə və yüksək vəzifəli nümayəndələrinə viza məhdudiyyətləri tətbiq edilib.
Məlumata görə, bu şəxslər bilərəkdən əsasən ABŞ-yə qanunsuz miqrasiya etməyi planlaşdıran əcnəbilər üçün nəzərdə tutulmuş turizm xidmətləri göstəriblər. Sənəddə adı çəkilən şirkətlərin adları, eləcə də məhdudiyyətlər tətbiq edilən Özbəkistan vətəndaşlarının adları göstərilməyib.
AzVision.az