“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (QSC) metro tunellərindən çıxarılan qrunt sularının səmərəli istifadəsi ilə bağlı layihəyə start verib. Layihəyə əsasən, tunellərdən xaric olunan qrunt suları xüsusi laboratoriyadan keçirilməklə şəhərdə yaşıllıqların suvarılması məqsədilə istifadə edilir.