EN

Boz qurdlar qartallar a qarşı

ain.az, sport24.az saytına istinadən bildirir.

Bu gün keçiriləcək iki oyunla Misli Premyer Liqasında 21-ci tura start veriləcək. Sport24.az xəbər verir ki, günün ilk qarşılaşmasında turnir cədvəlində qonşu olan komandalar üz-üzə gələcək.

Hazırda aktivində 35 xal olan "Zirə" üçüncü, ondan 1 xal qalan "Turan Tovuz" isə dördüncü pillədə qərarlaşıb. Hər iki komanda üçün bu oyunun əhəmiyyəti böykdür. "Qartallar" qalib gələcəyi təqdirdə ilk "üçlük"də yerini bir qədər də möhkəmləndirəcək. "Boz qurdlar" 3 xal qazanacağı halda isə qəsəbə təmilçisini geridə qoyaraq 3-cü yerə yüksələcək.

Qeyd edək ki, "Azersun Arena"da keçiriləcək matçın start fiti saat 17:00-da səslənəcək. 

Misli Premyer Liqası

II dövrə, XXI tur

17:00. "Turan Tovuz" - "Zirə"

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Əkbər ƏhmədovVAR: Kamranbəy RəhimovAVAR: Müslüm ƏliyevHakim-inspektor: Feyzulla FeyzullayevAFFA nümayəndəsi: İlham ƏliyevBakı. "Azersun Arena". 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
24
sport24.az

1Sources