EN

Arzuxan Əlizadə: Azərbaycan ABŞ əlaqələri artan dinamika ilə inkişaf edir

525.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Pərvanə SULTANOVA[email protected]

Azərbaycanla ABŞ arasında münasibətlər yüksələn xətlə inkişaf etməkdədir. Prezident İlham Əliyevin ötən il 8 avqust tarixində Vaşinqtona səfəri, ABŞ lideri Donald Trampla görüşü, əldə edilmiş razılaşmalar münasibətlərdə yeni bir mərhələnin əsasını qoydu. Ötən müddət ərzində dövlət başçıları beynəlxalq tədbirlər çərçivəsində mütəmadi görüşüb, fikir mübadiləsi aparıblar. Donald Tramp çıxışlarında dəfələrlə Prezident İlham Əliyev haqqında çox müsbət, yüksək fikirlər səsləndirib, onu böyük lider, güclü adlandırıb.

Bu il Davos Forumunda Prezident İlham Əliyevlə Donald Tramp arasında keçirilən görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişafından məmnunluq ifadə olunub. Ənənəvi beynəlxalq sülh və təhlükəsizliyin gücləndirilməsi, terrorizmə və onun müxtəlif təzahürlərinə qarşı mübarizə, enerji təhlükəsizliyi və bir sıra digər mühüm sahələr üzrə fəal və səmərəli əməkdaşlıq Azərbaycan-ABŞ tərəfdaşlığının səciyyəvi cəhətlərini təşkil edib.

Azərbaycan lideri Davosda "Sülh Şurasının Nizamnaməsi" sənədinin imzalanması mərasimində iştirak edib. Ölkəmiz ABŞ Prezidentinin dəvəti ilə Sülh Şurasının təsisçi üzvlərindən biridir. Bu addım Azərbaycanın beynəlxalq nüfuzunu və artan strateji çəkisini nümayiş etdirir.

Prezident İlham Əliyev Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclasında iştirak etmək üçün Donald Trampın dəvəti ilə ABŞ-a işgüzar səfər edib. Bu səfər heç şübhəsiz ki, münasibətlərin inkişafında, ölkəmizin regional lider kimi nüfuzunun artmasında mühüm rol oynayacaq.

Milli Məclisin deputatı Arzuxan Əlizadə "525"ə bildirib ki, Azərbaycan-ABŞ əlaqələri artan dinamika ilə inkişaf edir. Prezident Donald Tramp Azərbaycanla münasibətlərə xüsusi əhəmiyyət verir.

O deyib ki, Bayden administrasiyanın dönəmində münasibətlərimizdə bir gərginlik var idi: "Bu da qarşı tərəfin sərgilədiyi mövqedən qaynaqlanırdı. Amma Azərbaycanla Birləşmiş Ştatların münasibətləri əvvəlki dönəmlərdə, respublikaçıların hakimiyyəti zamanı normal səviyyədə olub. Təəssüflər olsun ki, demokratlar Azərbaycana yönəlik başqa siyasət yürüdürdülər. Donald Trampın ikinci prezidentliyi dönəmində Azərbaycanla çox yaxın münasibətlər formalaşıb. Münasibətlərimiz artıq strateji tərəfdaşlıq səviyyəsinə gəlib çatıb. Bilirsiniz ki, ötən il avqustun 8-də Azərbaycan Prezidenti Vaşinqtonda Trampla görüş zamanı Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması qərara alındı, İşçi Qrup da formalaşdı. Artıq bu çərçivədə qarşılıqlı səfərlər də olub, Strateji İşçi Qrupunun ilk iclası keçirilib".

Deputat söyləyib ki, Birləşmiş Ştatların vitse-prezidenti Ceyms Devid Vens Azərbaycana çox məhsuldar səfər etdi. Prezident İlham Əliyev Sülh Şurasının ilk iclasında iştirak etmək üçün ABŞ-a işgüzar səfər edib:

"Sülh Şurasının iclasından əlavə, bir sıra görüşlər də keçirilib. İstənilən halda bu qarşılıqlı səfərlər, Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması, mütəmadi olaraq beynəlxalq tədbirlərdə Azərbaycan Prezidenti ilə ABŞ liderinin görüşləri və səmimi münasibətin formalaşması təbii ki, dövlətlər arasındakı münasibətlərə də yansıyıb. Bir daha qeyd etdmək istəyirəm ki, ABŞ-Azərbaycan münasibətləri artan dinamika üzrə inkişaf edir. Azərbaycan bu gün regionun əsas lider dövləti olaraq regionda reallaşacaq bütün layihələrin əsas leytmotivi, hərəkətverici qüvvəsi olaraq Birləşmiş Ştatların diqqət mərkəzindədir. Bu baxımdan  iqtisadi, siyasi, hərb müstəvidə də münasibətlərimiz inkişaf etməkdədir".

Deputat 907-ci düzəlişin tam olaraq aradan qaldırılması perspektivinə də toxunub. Onun sözlərinə görə, bu, gözləniləndir: "Konqresdə bununla bağlı qərar qəbul edilməlidir. Artıq ABŞ administrasiyasının belə bir qərarı var, Tramp 907-ci düzəlişin dayandırılması ilə bağlı qərar imzalayıb. İndi söz Konqresindir. Hesab edirəm ki, Konqresdə də müsbət qərar qəbul ediləcək, çünki artıq həm də qeyd etdiyim kimi, hərbi müstəvidə də Azərbaycanla münasibətlər formalaşır. Vitse-prezident Vensin Bakıya səfəri zamanı bu məsələ də müzakirə olundu. Azərbaycana əlavə olaraq müşahidə dronlarının təqdim edilməsi və digər məsələlər danışıqlar mövzusudur. Bütün bunlara görə də 907-ci düzəlişin artıq tam olaraq ləğvi gözləniləndir və yəqin ki, yaxın zamanlarda bununla bağlı yekun qərar veriləcək".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
48
525.az

1Sources