EN

Kralın qardaşı sərbəst buraxıldı

Ajans.az xəbər verir ki, o, dövlət vəzifəsində sui-istifadə şübhəsi ilə saxlanılmışdı. Bu gün 66 yaşı tamam olan Endryu Mountbatten Vindzor Norfolk qraflığındakı Sandrinqem malikanəsində saxlanılıb. Hüquq-mühafizə orqanları onun Böyük Britaniyanın ticarət nümayəndəsi vəzifəsində çalışdığı dövrdə məhkum olunmuş uşaq istismarı cinayətkarı Ceffri Epşteynlə əlaqələri və ona həssas məlumatlar ötürməsi iddiaları fonunda araşdırmaya başlayıb.

Araşdırma ABŞ Ədliyyə Nazirliyi tərəfindən “Epşteyn sənədləri” adlandırılan materiallar çərçivəsində yeni elektron məktubların açıqlanmasından sonra başlayıb.

Chosen
34
3
Ajans.az

5Sources