EN

Olimpiadada gözlənilməz “iştirakçı” peyda oldu Fotolar

ain.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

2026-cı il Qış Olimpiya Oyunları çərçivəsində keçirilən qadınların xizəksürmə komanda sprinti seçmə yarışında gözlənilməz hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, yarış zamanı Alman çoban iti təhlükəsizlik maneələrini aşaraq, trasa daxil olub və finiş xəttinə qədər qaçıb.

“Üzüklərin hökmdarı” serialındakı Nazgül obrazının şərəfinə Nazgül adı verilən it idmançılarla birlikdə qaçaraq finiş xəttini keçib. Onun finiş anı fotofiniş kameraları tərəfindən də qeydə alınıb və qeyri-rəsmi nəticələr siyahısında 20-ci yerdə göstərilib.

Nazgül daha sonra tamaşaçıların alqışları altında argentinalı xizəkçi Nahiyara Dias Qonzalesin yanına yönəlib.

Sahiblərinin sözlərinə görə, it həmin səhər evdən qaçaraq, yarışın keçirildiyi əraziyə gəlib. Təşkilatçılar tərəfindən tutulan it daha sonra sahiblərinə təhvil verilib.

Hadisə iştirakçılar arasında fərqli reaksiyalar doğurub. İsveçli qızıl medalçı Yonna Sundlinq vəziyyəti “şirin” adlandırıb. Xorvatiyalı Tena Hadsik isə əvvəlcə qorxduğunu və heyvanı canavar zənn etdiyini bildirib.

Norveçli idmançı Astrid Oyre Slind isə zarafatla qeyd edib ki, onun üçün əsas rəqib it deyil, İsveç xizəkçiləridir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
18
qafqazinfo.az

1Sources