EN

Azərbaycan 7 milyardlıq təşəbbüsdə iştirak etməyi planlaşdırmır - Hikmət Hacıyev

Azərbaycan 7 milyardlıq təşəbbüsdə iştirak etməyi planlaşdırmır - Hikmət Hacıyev

“Azərbaycan təsisçi üzv dövlət kimi Sülh Şurasının məqsəd və vəzifələrini dəstəkləyir”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkəsindəki hesabında yazıb.

Onun sözlərinə görə, gələcəkdə Azərbaycan Qəzza ilə bağlı investisiya layihələrində Sülh Şurası vasitəsilə iştirak etməyi nəzərdən keçirə bilər. Lakin rəsmi Bakı maliyyə yardımı ilə bağlı bəzi məqamlara aydınlıq gətirib:

“Bir məqamı aydınlaşdırmaq istərdim. Azərbaycan bu gün Şuranın iclası zamanı elan edilən Qəzza ilə bağlı 7 milyard ABŞ dolları həcmində maliyyə təşəbbüsündə iştirak etməyi planlaşdırmır”, - deyə Hikmət Hacıyev vurğulayıb.

Qeyd edək ki, iclas zamanı ABŞ Prezidenti Donald Tramp bir neçə ölkənin Qəzza zolağına 7 milyard dollarlıq yardım paketi ayırdığını açıqlayıb və bu siyahıda Azərbaycanın da adını çəkmişdi.

Chosen
33
6
afn.az

7Sources