Konfrans Liqasının pley-off mərhələsinə start verilib.

Rekord.az xəbər verir ki, Türkiyə təmsilçisi “Samsunspor” səfərdə Şimali Makedoniyanın “Şkendiya” komandasına qalib gəlib.

“Yagelloniya”nın qonağı olan “Fiorentina” da darmadağına sevinib.

“Kristal Pelas” isə Bosniya və Herseqovinada “Zriniski” ilə oyundan heç-heçə ilə ayrılıb.

Cavab oyunları bir həftə sonra keçiriləcək.

Avropa Konfrans Liqası
Pley-off, ilk oyunlar

19 fevral

KuPS (Finlandiya) – Lex (Polşa) 0:2
Qollar: Kozubal, 9. İmsahil, 41.

Noa (Ermənistan) – Alkmar (Niderland) 1:0
Qol: Hambardzumyan, 53.

Zrinski (Bosniya və Herseqovina) – Kristal Pelas (İngiltərə) 1:1
Qollar: Abramoviç, 55 – Sarr, 44.

Siqma (Çexiya) – Lozanna (İsveçrə) 1:1
Qollar: Şturm, 58 – Oyedeji, 22.

Yagelloniya (Polşa) – Fiorentina (İtaliya) 0:3
Qollar: Ranyeri, 53. Mandraqora, 66. Pikkoli, 81-pen.

Şkendiya (Şimali Makedoniya) – Samsunspor (Türkiyə) 0:1
Qol: Marius, 77.

Drita (Kosovo) – Çelye (Sloveniya) 2:3
Qollar: Krasniqi, 59. Balay, 75 – Kuçis, 19. Avdili, 41. Poplatnik, 90+4.

Omoniya (Kipr) – Riyeka (Xorvatiya) 0:1
Qol: Adyey, 87.