Bakı. Trend:
Azərbaycan təsisçi üzv dövlət kimi Sülh Şurasının məqsəd vəməramlarını dəstəkləyir. Gələcəkdə Azərbaycan tərəfindən SülhŞurası vasitəsilə Qəzzada sərmayə layihələrində iştirak nəzərdənkeçirilə bilər.
Trend xəbər verirki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi -Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsininmüdiri Hikmət Hacıyev özünün "X" sosial media hesabında yazıb.
Prezidentin köməkçisi, həmçinin qeyd edib: “Amma bir məsələyəaydınlıq gətirmək istərdik. Belə ki, Sülh Şurasının bugünküiclasında səsləndirilən 7 milyard ABŞ dolları məbləğində Qəzzayadair maliyyə layihəsində Azərbaycanın iştirakı nəzərdətutulmur”.