EN

Liqa 1-də hamını qabaqladı

Fransa çempionatının yüksək liqasında yanvarın ən yaxşı oyunçusu müəyyənləşib. Bu nominasiyanın qalibi Endrik olub.

"Football-plus.az" xəbər verir ki, müqavilə ilə “Real”a məxsus olan və icarə əsasında “Lion”da çıxış edən futbolçu Liqa 1-də bütün həmkarlarını arxada qoyub. Braziliyalı forvard Fransa çempionatında ötən ay 6 oyuna çıxıb, 5 qol vurub və 1 məhsuldar ötürmə verib.

Yeri gəlmişkən, Endrikin bazar dəyəri “Transfermarkt” portalına əsasən 25 milyon avro qiymətləndirilir. Onun Fransadakı uğurlu çıxışı Avropanın aparıcı klublarının diqqətini cəlb edib. “Çelsi” və “Atletiko”nun gənc hücumçu ilə maraqlandığı məlumdu.

Chosen
62
football-plus.az

1Sources