EN

Poroşenkodan Zelenskiyə: “Nə Putini, nə də Trampı anlayır, başqa bir problem isə...”

Olke.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ukraynanın sabiq prezidenti Pyotr Poroşenko xələfi Volodimir Zelenskiyə Rusiya ilə aparılan sülh danışıqları fonunda bir neçə sərt mesaj ünvanlayıb.

Ölkə.Az xəbər verir ki, "Politico" nəşrinə müsahibəsində Poroşenko Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparanlara belə tövsiyə verib: “Birincisi və ən əsası — ona heç vaxt etibar etməyin. İkincisi, Rusiya lideri ilə söhbətə yalnız üstünlüyünüz olduqda başlayın”.

Onun sözlərinə görə, ABŞ-nin vasitəçiliyi ilə davam edən hazırkı danışıqlar bu prinsipi nəzərə almır və bu da onda ciddi narahatlıq yaradır. Sabiq prezident 2014–2015-ci illərdə imzalanmış və Donbasdakı münaqişəni dondurmağı hədəfləyən Minsk razılaşmaları ilə bağlı şəxsi təcrübəsini xatırladıb. Həmin sənədlər Ukrayna, Rusiya, Fransa, Almaniya və ukraynalı separatçıların liderləri tərəfindən imzalansa da, heç biri icra olunmayıb.

Poroşenko hesab edir ki, Zelenski Avropa ölkələrinin iştirakı olmadan danışıqlara başlamaqla səhvə yol verib və ilk növbədə dərhal atəşkəs tələb etməli idi.

“Ötən ilin fevralında Oval kabinetdə baş verən fəlakətə baxmayaraq, o, tələblərini atəşkəslə məhdudlaşdırmalı idi. O, nə Putini anlayır, nə də Trampı. Üstəlik, başqa bir problem də var: Tramp da Putini anlamır. Bu, təkcə Ukrayna üçün deyil, qlobal miqyasda faciədir. Tramp düşünür ki, Putin onunla bazarlıq edir və daha sərfəli sülh şərtləri qoparmağa çalışır. Bu belə deyil. Putin bazarlıq etmir. Onun yanaşması tam fərqlidir. Putin Sovet İttifaqını bərpa etmək, Rusiya imperiyasını yenidən qurmaq istəyir. Mən buna şübhə etmirəm. O, tarixdə öz yerini arzulayır. Bunun üçün nə qədər insanın — rusların və əlbəttə ki, ukraynalıların — həyatını itirəcəyinin onun üçün fərqi yoxdur”, — deyə Poroşenko bildirib.

O əlavə edib: “Unutmayın, Putin KQB zabitidir. O, bu cür manipulyasiyaların ustasıdır”. Poroşenkonun fikrincə, Kremlin işğal olunmuş ərazilərin verilməsi ilə bağlı tələbləri təkcə torpaq məsələsi deyil, həm də Ukraynanı daxildən zəiflətmək və birliyini sarsıtmaq məqsədi daşıyır.

Sabiq prezident hesab edir ki, Avropa danışıqlarda mütləq iştirak etməli və maraqlar balansını qorumağa çalışmalıdır. Onun sözlərinə görə, ABŞ prosesdə əsas rol oynasa da, Avropa ölkələrinin iştirakı olmadan real irəliləyiş mümkün deyil. Bundan əlavə, Poroşenko bildirib ki, sülhün davamlı olması üçün ərazidə ABŞ-ın da daxil olduğu sülhməramlı qüvvələrin mövcudluğu vacibdir, əks halda münaqişə yenidən alovlana bilər.

Poroşenko xatırladıb ki, 2017-ci ildə — o prezident olduğu, Donald Tramp isə ilk müddətində Ağ Evdə olduğu vaxt — ABŞ hərbçilərinin NATO və ya BMT çərçivəsində sülhməramlı missiyada iştirakı məsələsini müzakirə ediblər. Onun sözlərinə görə, Tramp əvvəlcə bu ideyanı rədd edib. “O, NATO-nu sevmir. BMT-nin sülhməramlı əməliyyatlarını da sevmir”, — deyə Poroşenko bildirib.

Lakin müzakirələr davam etdikcə Trampın mövqeyinin dəyişməyə başladığını qeyd edən sabiq prezident əlavə edib ki, Tramp öz siyasi irsi barədə düşünür və tarixə “sülh prezidenti” kimi düşmək istəyir.

“Və Tramp hərbi mövcudluq olmadan sülh sazişi bağlaya bilməyəcək”, — deyə Poroşenko vurğulayıb.

O, həmçinin Ukraynada daxili siyasi vəziyyətin də kritik olduğunu bildirib: “Parlament hazırda dərin böhran yaşayır. Buna görə Zelenskinin milli birlik hökuməti formalaşdırmaqdan başqa yolu qalmaya bilər. Mən heç bir ilkin şərt irəli sürmürəm, hökumətdə vəzifə istəmirəm. Məsələ ondadır ki, Ukrayna sağ qalacaq, ya yox”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
62
1
olke.az

2Sources