EN

Bir dəsti 850 manata hazırlayır Dünyada bir iki adam bacarır (FOTO)

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Adanalı usta Mustafa Özkanın əl işi olan simlər musiqi dünyasında əsl brendə çevrilib. Bu sənətin dünyada cəmi bir neçə nümayəndəsi qalıb ki, onlardan biri də məhz Adanada fəaliyyət göstərən Mustafa ustadır. Onun emalatxanasından çıxan məhsullar sıravi mağazalarda satılan simlərdən həm hazırlanma texnikasına, həm də dəyərinə görə kəskin şəkildə fərqlənir.Demokrat.az xəbər verir ki, ustanın hazırladığı simlərin qiyməti materialın növündən və musiqi alətinin tələbindən asılı olaraq dəyişir. Standart fabrik simləri bir neçə manata satıldığı halda, Mustafa Özkanın əl işi olan bir dəst simin qiyməti 100 dollardan (təxminən 170 manat) başlayır. Xüsusi gümüş və ya qızıl örtüklü, eləcə də peşəkar solo ifaçıları üçün nəzərdə tutulan simlərin qiyməti isə 500 dollara (təxminən 850 manat) qədər yüksələ bilir.Qiymətin yüksək olması təsadüfi deyil. Mustafa usta hər bir simi mikron dəqiqliyi ilə, xüsusi metal ərintilərindən istifadə edərək hazırlayır. Bu simlər musiqi alətindəki gərginliyə daha dözümlüdür və illərlə istifadə olunsa da, səsin keyfiyyətini itirmir. Fabrik simləri bir neçə aydan sonra "karlaşdığı" halda, ustanın əl işləri hər zaman parlaq və təmiz səs verir.Hazırda dünyanın müxtəlif ölkələrindən gələn peşəkar ud, bağlama və qanun ifaçıları məhz Mustafa Özkanın müştəriləridir. Usta bildirir ki, bu simləri hazırlamaq günlərlə vaxt aparır və hər simin üzərindəki sarğılar əllə tənzimlənir. Məhz bu səbəbdən onun emalatxanasında hər zaman növbələr yaranır.İsmayıl

Demokrat.az

 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
24
demokrat.az

1Sources