EN

Tabutumu azərbaycanlılar daşısın Əhməd Davudoğlu

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Əhməd Davudoğlunun Ramazan ayı ərəfəsində etdiyi vəsiyyət Türkiyə və Azərbaycanda böyük rəğbətlə qarşılanıb. Gələcək Partiyasının sədri partiyasının qrup toplantısında gənclərə müraciət edərək vəfatından sonrakı arzularını dilə gətirib.Demokrat.az xəbər verir ki, siyasətçi çıxışı zamanı gənclərə üz tutaraq bildirib ki, vəfat etdiyi gün cənazə namazında hər kəs iştirak edə bilər, lakin onun tabutuna hər kəsin toxunmasına icazə verməməlidirlər. Əhməd Davudoğlu tabutunun məhz onun müdafiə etdiyi coğrafiyaların nümayəndələri tərəfindən çiyinlənməsini istəyib."O gün gələndə bir fələstinli, arakanlı, somalili, boşnak, kosovalı, Şərqi Türkistanlı, krımlı, azərbaycanlı və kərküklü gənc tapacaqsınız. Onlar 'Biz bu adamı xeyirxah bilərdik' deyərək tabutumu daşıyacaq və məni mənzil başına aparacaqlar. Haqqımda xeyirxahlıqla şahidlik etməyən heç kəsin dəfnimdə iştirakını istəmirəm", - deyə siyasətçi vurğulayıb.İsmayıl

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
19
demokrat.az

1Sources