EN

Eldar Əzizov icra başçısına 1 ay vaxt qoydu Yeni mübahisə yarandı

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

“Bakı Şəhəri İcra Hakimiyyətində keçirilən son iclasda gündəmə yenə “qanunsuz tikililər” məsələsi gəlib. Açığı, bu, dəfələrlə müzakirəyə çıxarılır, amma heç bir addım, qanuni baza, bizim illərdir təklif etdiyimiz “əmlak amnistiyası” məsələsi həllini tapmır”.

Globalinfo.az xəbər verir ki, bunu Real partiyasının sədri Natiq Cəfərli deyib.

O bildirib ki, son iclasdan yayılan məlumatlara görə, Suraxanı rayonunda qanunsuz tikililər məsələsini həll etmək üçün 1 ay vaxt verilib:

“30-40 ildir yaranan məsələni 1 aya həll etmək istəyirlər, mümkünsüz hədəflər qoyurlar. Qanunsuz tikili nə deməkdir? Bu anlayışı Azərbaycanda açmaq lazımdır. Əgər həmin vətəndaş ev tikibsə, ora artıq dövlət işıq, su və qaz çəkibsə və o da, məsələn, sayğac qoyub elektrik, yaxud su və qaz satırsa, deməli, dövlət bunu tanıyır. Tanımırdısa, qanunsuzdursa, niyə onda işıq çəkirdilər? Niyə qaz verirdilər? Niyə su verirdilər? Kommunal xidmətlər olmasa, insan yaşaya bilərmi? Yox, yaşaya bilməz. Dövlət şirkətləri vətəndaşa kommunal xidmət satırsa, deməli onu həmin tikilidə yaşamaq hüququnu tanıyıb – elə deyil? Ona görə də bu məsələ birdəfəlik həllini tapmalıdır”.

N.Cəfərli bildirib ki, qanunsuz tikilinin nə olduğu müəyyənləşməlidir:

“Belə yerlər sökülərkən vətəndaşın hüquqları necə qorunmalıdır? Vətəndaş öz hesabına ev tikibsə və bu normal qaydalara uyğundursa, niyə ona çıxarış da verilməsin? Yəni bütün bu məsələlər kompleks həllini tapmalıdır. Təbii ki, bir aya bu problemi aradan qaldırmaq mümkün deyil. Bunun üçün qanunverici baza gücləndirilməli, bəlli qaydalara uyğun olan daşınmaz əmlak üçün amnistiya elan edilməli, vətəndaşlara çıxarışlar təqdim edilməlidir”.

Qeyd edək ki, fevralın 17-də Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın rayon icra hakimiyyətlərinin başçıları və şəhər kommunal xidmətlərinin rəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirilib.

Toplantıda rayonlarda qanunsuz tikintilərin monitorinqinin nəticələrinə dair görüntülər təqdim edilib. Bu mövzu ciddi müzakirə edilərək aşkar edilmiş qanun pozuntuları əyani surətdə nümayiş etdirilib. Qeyd edilib ki, bu kimi hallar əsasən paytaxtın Sabunçu, Qaradağ, Xəzər və digər rayonlarında aşkarlanıb. Bu kimi neqativ hallarla mübarizə aparmaq üçün müvafiq tapşırıqlar verilib.

Əliyar Xəlil

Globalinfo.az 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
59
1
globalinfo.az

2Sources