Portuqaliyanın paytaxtı Lissabon yaxınlığında 4,1 bal gücündə zəlzələ baş verib.
Redaktor.az xəbər verir ki, bu barədə Portuqaliyanın Dəniz və Atmosfer İnstitutu məlumat yayıb.  Zəlzələnin episentri Lissabondan 4 kilometr şimal-qərbdə yerləşən Alenker şəhəri olub.
Dağıntılar və zərərçəkənlər barədə məlumat daxil olmayıb.