EN

"Oruc tutmağın həm mənfi, həm də müsbət tərəfləri var" - Terapevtdən AÇIQLAMA

Bildiyimiz kimi artıq bu gündən Ramazan ayı başlayıb. Oruc isə bu ayın əsas ibadətlərindən biridir.

Bəs hansı insanlara oruc tutmaq olmaz?

Həkim-terapevt Günay Lətifova Redaktor.az-a açıqlamasında bildirdi ki, oruc tutmağın həm mənfi, həm də müsbət tərəfləri var:

"Mənfi tərəfi ondan ibarətdir ki, əgər bir insan müalicə alırsa, dərman preparatı qəbul edirsə, oruc tutmamalıdır. Dərman preparatlarının qəbulu xroniki xəstələrdə və yaxud da ki, kəskin iltihabi formada olan xəstələrdə saatbaşı təyin olunur. Şəkərli diabet xəstələrinə, xüsusilə insulin istifadə edənlərə, çünki onlarda şəkərin tez-tez düşmə prosesləri baş verir; ağır ürək xəstələrinə, yaxın vaxtda infarkt keçirmiş insanlara; böyrək xəstəliklərinə – bu xroniki və yaxud da ki, kəskin fərq etmir; mədə-bağırsaq xəstəliklərinə oruc tutmaq olmaz. Eyni zamanda hamilələr, süd verən analar; qan azlığı olan insanlar; onkoloji xəstələr oruc tutmamalıdırlar. Bu xəstələrə dərmanları müəyyən edilən saatda qəbul etmək tövsiyə olunur.

Təbii ki, orucun müsbət cəhətləri də var. Orqanizm təmizlənir, orqanizm istirahət edir, bədən öz piyindən istifadə etməyə başlayır, özünün passiv enerjisini aktivə çevirir".

Aytəkin TOFİQQIZI

Chosen
99
11
redaktor.az

10Sources