Idman.biz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
“Sabah” klubunun zədə səbəbindən yaşıl meydanlardan kənarda qalan futbolçuları Pavol Şafranko və Coy-Lens Mikelsin son durumu açıqlanıb.
İdman.Biz xəbər verir ki, bu barədə report.az-ın sorğusuna Bakı təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
Ötən ilin noyabrında əməliyyat olunan P. Şafranko hələlik fərdi məşq edir. Hücumçunun apreldə sıraya dönəcəyi gözlənilir.
Coy-Lens Mikels isə komanda ilə məşqlərə qoşulub. Forvardın növbəti matça kimi hazır olub-olmayacağı bəlli deyil.
Qeyd edək ki, Coy-Lens Mikels son olaraq dekabrın 18-də “Qarabağ”a qalib gəldikləri Misli Premyer Liqasının oyununda (2:1) meydana çıxıb. Pavol Şafranko isə ötən ilin sentyabrında “Sumqayıt”a qarşı matçda (1:1) iştirak edib.
İdman.Biz
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.