AZ

"Sabah"ın 2026-cı ildə meydana çıxmayan hücumçularının durumu açıqlanıb

"Sabah" klubunun zədə səbəbindən yaşıl meydanlardan kənarda qalan futbolçuları Pavol Şafranko və Coy-Lens Mikelsin son durumu açıqlanıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Bakı təmsilçisinin mətbuat xidmətindən bildirilib.

Ötən ilin noyabrında əməliyyat olunan Şafranko hələlik fərdi məşq edir. Hücumçunun apreldə sıraya dönəcəyi gözlənilir.

Mikels isə komanda ilə məşqlərə qoşulub. Forvardın növbəti matça kimi hazır olub-olmayacağı bəlli deyil.

Qeyd edək ki, Coy-Lens Mikels son olaraq dekabrın 18-də "Qarabağ"a qalib gəldikləri Misli Premyer Liqasının oyununda (2:1) meydana çıxıb. Pavol Şafranko isə ötən ilin sentyabrında "Sumqayıt"a qarşı matçda (1:1) iştirak edib.

Seçilən
39
2
far.az

3Mənbələr