Idman.biz saytından verilən məlumata görə, ain.az xəbər verir.
Azərbaycan I Liqasında çıxış edən “Səbail” klubunda intizam məsələsi ilə bağlı qərar qəbul olunub.
İdman.Biz-in klubdan əldə etdiyi məlumata görə, komandanın kapitanı Yusif Nəbiyev heyətdən uzaqlaşdırılıb.
Buna səbəb kimi 25 yaşlı futbolçunun 15-ci tur çərçivəsində MOİK-ə qarşı keçirilən görüşdə baş məşqçi Adil Şükürovla yaşadığı insident göstərilir.
Məlumata əsasən, matçın 60-cı dəqiqəsində Şükürov oyunçunun əvəzlənməsinə qərar versə də, Nəbiyev buna etiraz edib və meydanı tərk etmək istəməyib. Bildirilir ki, qarşılaşmadan sonra paltardəyişmə otağında da tərəflər arasında gərginlik davam edib.
Bu gün məsələ ilə bağlı klub daxilində iclas təşkil olunub. Qəbul edilən qərarlarla əlaqədar “Səbail”in rəsmi açıqlama yayacağı gözlənilir.
Qeyd edək ki, sözügedən qarşılaşma “Səbail”in 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.
Vüqar Vüqarlı
İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.