EN

Kralın qalmaqallı qardaşı Epşteyn işinə görə ad günündə saxlanıldı

ain.az bildirir, Axsham.az saytına əsaslanaraq.

Böyük Britaniya kralı III Çarlzın qardaşı Endryu Mauntbatten-Vindzor Ceffri Epşteyn işinə görə bu gün saxlanılıb.

Axşam.az xəbər verir ki, İngiltərə polisi onun üzərində ictimai vəzifədə sui‑istifadə şübhəsi ilə axtarış aparıb və Sandermham ərazisindəki mülkündə həbs edib.

Hadisə Ceffri Epşteynə aid yeni sənədlərin açıqlanmasından sonra baş verib. İngiltərə hüquq‑mühafizə orqanları iddia edirlər ki, Endryu Epşteynlə əlaqəli ittihamlarla bağlı yeni sübutlara görə şübhəli kimi tanınır. Saxlanma ərizəsi dünən səhər saatlarında, onun 66‑cı doğum günündə icra olunub.

Hazırda axtarışlar və araşdırmalar davam edir.

Qeyd edək ki, Endryu Mauntbatten-Vindzor daha əvvəl ABŞ maliyyəçisi Ceffri Epşteynlə əlaqələri ilə bağlı qalmaqal fonunda rəsmi olaraq şahzadə titulundan məhrum edilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
35
axsam.az

1Sources