EN

Tibbi tullantıların təhlükəsiz idarə olunması ilə bağlı maarifləndirici tədbirlər davam edir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarələrinin əməkdaşları tərəfindən tibbi tullantıların düzgün idarə olunması ilə bağlı növbəti görüşlər Bakı şəhərində yerləşən “Zəfəran Hospital”da və  Sumqayıt şəhərində fəaliyyət göstərən “Sumqayıt Reabilitasiya Mərkəzi”ndə keçirilib. 

“Tibbi tullantıların təhlükəsiz idarə edilməsi” mövzusuna həsr olunan görüşlərdə iştirakçılara:

✔️tibbi tullantıların növləri və təsnifatı,

✔️düzgün çeşidlənmə qaydaları,

✔️müvəqqəti saxlanma və təhlükəsiz daşınma mexanizmləri,

✔️zərərsizləşdirmə üsulları,

✔️düzgün idarə olunmadığı halda yarana biləcək sanitar-epidemioloji və ekoloji risklər barədə ətraflı məlumat verilib.

Tədbirlərin əsas məqsədi bu sahədə mövcud normativ tələblər barədə məlumatlılığın artırılması, məsuliyyətli yanaşmanın gücləndirilməsi, insan sağlamlığının və ətraf mühitin qorunmasının vacibliyinin diqqətə çatdırılması, həmçinin praktik bacarıqların təkmilləşdirilməsinə dəstək göstərilməsidir.

Qeyd edək ki, tibbi tullantıların təhlükəsiz idarə olunması istiqamətində normativ sənədlərə əməl olunması və davamlı maarifləndirmə tədbirlərinin təşkili xüsusi əhəmiyyət daşıyır.


Chosen
92
ekologiya.az

1Sources