EN

Balakəndə itkin-şəhid Cavanşir Həsənov dəfn edilib

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Cavanşir Həsənov dəfn edilib.

"Report"un məlumatına görə, şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşi Balakənin Şəhidlər xiyabanında dəfn olunub.

Qeyd edək ki, Cavanşir İsrafil oğlu Həsənov 1967-ci il aprelin 14-də Balakən rayonunun Hənifə kəndində anadan olub. 1992-ci il iyunun 12-də Ağdərə rayonunun Sərxavənd kəndi istiqamətində gedən döyüşlər zamanı itkin düşüb.

C.Həsənov Balakən rayonu Şəhidlər xiyabanında dəfn edilib. 

Chosen
25
3
qaziler.az

5Sources