EN

İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin sayı 72 min 69 nəfərə çatıb

İsrail ordusunun 2023-cü ilin oktyabr ayından bəri Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı 72 min 69 nəfərə çatıb.

Missiya.Az xəbər verir ki, bu barədə Qəzzadakı Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, son 24 saat ərzində Qəzzada dörd yaralı xəstəxanalara gətirilib.

Xatırladaq ki, 10 oktyabr 2025-ci ildə Qəzzada atəşkəs qüvvəyə mindikdən bəri İsrailin hücumları nəticəsində 611 nəfər həlak olub, 1630 nəfər yaralanıb və dağıntılar altından 726 cəsəd çıxarılıb.

Qəzza zolağında hələ də minlərlə cəsədin dağıntılar altında qaldığı güman edilir.

İlahə Qənbərli

Missiya.Az

Chosen
43
missiya.az

1Sources