EN

Premyer Liqada 4 nəfər cəzalandı

Premyer Liqanın 21-ci turu bəzi futbolçular üçün tamaşa meydanı olacaq.

Həftəsonu baş tutacaq oyunları 4 komandadan 4 nəfər kənardan uizləyəcək.

Bunlar “İmişli”nin üzvləri Dioqo Almeyda ilə Həzrət İsayev, “Sumqayıt”ın hücumçusu Aleksandr Ramalinqom və “Kəpəz”in futbolçusu Məqsəd İsayevdir.

Həzrət sarı vərəqə limitini doldurubsa, digərləri ötən tur aldıqları qırmızı vərəqəyə görə cəzalı duruma düşüb.

Fevralın 20-də “Turan Tovuz” – “Zirə”, “Sumqayıt” – “Qəbələ”, ertəsi “Karvan-Yevlax” – “Araz-Naxçıvan”, fevralın 22-də “İmişli” – “Şamaxı”, “Sabah” – “Kəpəz” görüşləri baş tutacaq.

HƏBİB

Chosen
146
1
sportinfo.az

10Sources