EN

Ucarda zəncirvari qəzanın başvermə səbəbiAÇIQLANDI

Ucarda qeydə alınan yol-nəqliyyat hadisəsinin başvermə səbəbi açıqlanıb.

Bu barədə Redaktor.az-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, hadisə bu gün saat 13:00-da qeydə alınıb:

"Bakı-Qazax magistral yolunun 217-ci kilometrliyində üzü Bakı istiqamətində hərəkətdə olan 30-AC-545 dövlət nömrə nişanlı MAN markalı yük maşınının qarşısına maneə çıxması ilə ani tormozlanma olub. Nəticədə yük avtomobili 99-XV-361 dövlət nömrə nişanlı "Mercedes-Vito" markalı və 77-CY-531 dövlət nömrə nişanlı "Mercedes-Benz E-Class" markalı avtomobillə toqquşub".

Chosen
94
redaktor.az

1Sources