EN

Günay Ağamalıdan atasının yasında “adam döydürüb?” sualına CAVAB - "Normaldır..."

Ana Vətən Partiyasının sədri, deputat Günay Ağamalının mərhum atası Fəzail Ağamalının yas mərasimində (yeddisi günü-red) öz köməkçisi Pərviz Mirizadəni mühafizəçilərinə döydürməsi barədə xəbərlər yayılıb.

Milli.Az SAVASHMEDİA.az-ya istinadən xəbər verir ki, köməkçi Günay Ağamalının arxasınca danışmaqda günahlandırılıb.

Deputat Günay Ağamalı yayılmış iddialarla bağlı pravda.az-a açıqlama verərək xəbəri təkzib etsə də, köməkçisinin partiyadan uzaqlaşdığını təsdiqləyib:

"Bu məlumat kökündən yanlışdır. Belə bir hadisə olmayıb. Kiminsə partiyadan ayrılması isə könüllü seçimdir. Normaldır..."

Milli.Az

Chosen
78
milli.az

1Sources