EN

Azərbaycanda nə qədər minik avtomobili var və onların yaşı nə qədərdir?

Azərbaycanda qeydiyatda olan minik avtomobillərinin sayı açqlanıb. 
Dövlət Statistika Komitəsi Xezerxeber.az-ın sorğusuna cavab olaraq yeni rəqəmləri təqdim edib. 
Məlum olub ki, 2025-cü ilin sonuna olan məlumata əsasən, Azərbaycanda minik avtomobillərinin sayı 1 milyon 676 min 80 ədədə çatıb. 

 Azərbaycanda minik avtomobillərinin sayı artmaqda davam edir

Rəsmi rəqəmlər həmçinin onu da göstərir ki, Azərbaycanda minik avtomobillərinin sayı hər il artır. Məsələn, 2024-cü ilin sonunda Azərbaycanda minik avtomobillərinin sayı 1 milyon 585 min 265 ədəd olub. Bu göstərici 2023-cü illə müqayisədə 83 min 308 ədəd və ya 5,5% artım deməkdir.

Avtomobil parkında cavanlaşma tendensiyası ləng gedir

Komitənin 2025-cü ilin sonuna olan hesabatından ölkənin minik avtomobili parkının yaş göstəriciləri də aydınlaşıb. Məlum olub ki, avtomobil parkında yaşı 2 ilədək olan maşınların sayı 92 732, 2 ildən 5 ilədək olanların sayı 69 014, 5 ildən 10 ilədək olanların sayı 139 556, 10 ildən 20 ilədək olanların sayı 639 400 və 20 yaşdan yuxarı minik avtomobillərinin sayı isə 735 378-dir. 

Statistikadan görünür ki, Azərbaycanın minik avtomobili parkının təxminən 44 faizini yaşı 20-dən çox olan maşınlar təşkil edir. Əgər istehsal ili 10-dan yuxarı olan avtomobilləri "yaşlı" kateqoriyasına daxil etsək, bu rəqəm ümumi minik avtomobili parkının 83 faizə yaxınını təşkil edir. Əvvəlki ilərin statistikası ilə müqayisədən aydın olur ki,  Azərbaycanın avtomobil parkında cavanlaşma tendensiyası ləng gedir. 

Bakıda köhnə avtomobilərin sayı nisbətən azdır

2025-ci ildə təkcə Bakı şəhəri üzrə minik avtomobillərinin sayı isə 698 167 ədəd təşkil edib. Paytaxtda yaşı 2 ilədək olan avtomobillərin sayı 68 165, 2 ildən 5 ilədək olan maşınların sayı 51 823, 5 ildən 10 ilədək olanların sayı 81 147, 10 ildən 20 ilədək olanların sayı 282 714 və 20 yaşdan yuxarı minik avtomobillərinin sayı isə 214 318 olub. 
Statistikadan o da məlum olur ki, Bakının minik avtomobili parkı üzrə yaşla bağlı rəqəmlər ölkə üzrə göstəricilərdən fəqlidir. Məsələn, paytaxtda yaşı daha çox (20-dən yuxarı) olan minik avtomobillərinin sayı nisbətən azlıq təşkil edir. Başqa sözlə, yaşı 10 ildən 20 ilədək olan minik avtomobillərinin sayı (Bakının minik avtomobili parkının 44%-i), yaşı 20-dən  yuxarı olanların sayından təxmini 32 faiz çoxdur. 

Atif Sarıxanlı

Chosen
5
1
xezerxeber.az

2Sources