EN

Qənimət Zahidlə bağlı qərar verildi

"Demokratiya və İnsan Hüquqları" Komitəsinin rəhbəri, hüquq müdafiəçisi Çingiz Qənizadənin Fransada yaşayan jurnalist Qənimət Zayıdova qarşı 2019-cu ilin noyabrın 6-da Parisdə etdiyi şikayət əsasında Paris Cinayət Məhkəməsi hökm çıxarıb.

Ölkə.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Ç.Qənizadə keçirdiyi mətbuat konfransında məlumat verib.

O bildirib ki, Q.Zayıdov 8 avqust 2019-cu il tarixində Yutub platformasında yayımlanan "Azərbaycan Saatı" televiziya kanalında ona qarşı "Millət vəkili Çingiz Qənizadə - Qatillər haqqında söhbətlər - Rusiyadan tabutda gələn şəxs" adlı video yayımlayaraq, müəllif kimi ictimai böhtan cinayəti törədib.

Çingiz Qənizadə qeyd edib ki, ona qarşı açıq böhtan ittihamları 18 avqust 2019-cu il, 25 avqust 2019-cu il və 1 sentyabr 2019-cu il tarixlərində "Azerbaijan Time" adlı Yutub kanalında dərc olunmuş bəyanatlar əsasında irəli sürülüb:

"Həmin dövrdə Azərbaycan Milli Məclisinin üzvü və Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin alternativ üzvü idim. Bu vəzifədə ildə bir neçə dəfə Strasburqda keçirilən görüşlərdə iştirak etmişəm. O kanalda yayımlanan üç videoda mən azərbaycanlı iş adamı Ruslan Hüseynovun qətlində iştirakda ittiham edilmişəm".

Çingiz Qənizadə bildirib ki, bu iddialara görə Q.Zayıdovu Fransada məhkəməyə vermək qərarına gəlib.

O vurğulayıb ki, Qənimət Zayidov məhkəmə proseslərdə iştirak etmək istəməyib:

“Qənimət Zayıdov əvvəl proseslərə gəlmirdi. Onun barəsində məcburi gətirilmə qərarı çıxarıldı. Məhkəməyə gələndə özü ilə yalançı şahid də gətirmişdi, amma həmin şahid zaldan çıxarıldı. Bununla kifayətlənməyən Qənimət susmaq hüququndan istifadə etdi, prosesi siyasi adlandırdı. O özü ilə “Sərhədsiz Reрortyorlar” təşkilatından Janne Keyveni də gətirmişdi”.

Ç.Qənizadənin sözlərinə görə, nəticədə Paris Cinayət Məhkəməsinin 21 oktyabr 2025-ci il tarixli qərarı ilə Qənimət Zayıdov cinayət törətmiş şəxs hesab edilib, 500 avro məbləğində cərimə olunub:

"Həmçinin mənə ödənilmək üçün ona 300 avro təzminat cəzası təyin edilib. Belə cəzanın təyin olunmasının səbəbi onun iş yerinin olmaması və Fransa dövlətinin himayəsində olması olub. Azərbaycan tarixində ilk dəfədir ki, başqa dövlətə sığınaraq digər dövlətə şər və böhtan atan şəxs sığındığı ölkədə məhkəmədə uduzdu”.

Chosen
49
7
olke.az

10Sources