EN

Toyotanın məşhur modeli tanınmaz dərəcədə DƏYİŞDİ - FOTOlar

Toyota ABŞ bazarında 2027-ci il buraxılışlı yenilənmiş Highlander modelini rəsmi şəkildə nümayiş etdirib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, şirkətin açıqlamasına əsasən, məşhur krossover artıq tamamilə elektrik mühərriki ilə təchiz olunacaq və əvvəlki benzin, dizel və hibrid variantları istehsaldan çıxarılıb.

Yeni Highlander dizayn baxımından da köklü dəyişikliklərə məruz qalıb. Model vizual olaraq Toyota bZ elektrik ailəsinin üslubuna uyğunlaşdırılıb. Eksteryerdə daha sərt xətlər, hündür kapot və ifadəli ön hissə diqqət çəkir. Ön və arxa işıq blokları LED zolaq vasitəsilə birləşdirilib ki, bu da avtomobilə futuristik görünüş qazandırır.

Ölçülər böyüdü

2027 versiyası əvvəlki nəsillə müqayisədə daha iri ölçülərə sahibdir:

Uzunluq - 5050 mm

En - 1990 mm

Hündürlük - 1710 mm

Təkər bazası - 3050 mm

Güc və texniki göstəricilər

Model 6 və 7 yerlik konfiqurasiyalarda təqdim ediləcək.

Ön ötürücülü versiya - 221 at gücü

Tam ötürücülü versiya - 338 at gücü

Batareya seçimləri isə iki variantda olacaq:

77 kVt/saat - təxminən 434 km yürüş məsafəsi

96 kVt/saat - təxminən 515 km yürüş məsafəsi

Salon və texnologiya

Interyerdə müasir rəqəmsal həllər üstünlük təşkil edir. Avtomobil 12,3 düymlük rəqəmsal cihaz paneli və 14 düymlük iri mərkəzi sensor ekranla təchiz olunub.

Beləliklə, 2027 Highlander artıq tam elektrikli SUV seqmentində rəqabət aparacaq və Toyota-nın elektrik strategiyasında mühüm yer tutacaq.

Hüseyn
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Chosen
48
1
milli.az

2Sources