EN

"O, birlikdə işlədiyim ən yaxşı məşqçidir" - Vensan Kompani

"Bayern Münhen"in baş məşqçisi Vensan Kompani birlikdə işlədiyi ən yaxşı məşqçi barədə sualı cavablandırıb. 

Fanat.Az xəbər verir ki, "Bayern & Germany" onun sözlərini belə çatdırıb:

"Pep Qvardiola mənim futbol anlayışımı genişləndirib. O, birlikdə işlədiyim ən yaxşı məşqçidir. Hər şeyi Pep kimi etməyə çalışmıram. Pep, başqadı, ən yaxşıdır. Ondan konkret olaraq nə öyrənmişəm? İş yalnız taktikada deyil. Mentalitet, qələbə istəyi və bütün oyunlara eyni dərəcədə ciddi yanaşmaq Qvardiola üçün çox önəmlidir.

Mən işlədiyim hər məşqçidən nələrsə götürmüşəm. Mançini, Hub Stivens də yaxşı nümunələrdir. Öz tarixini yazmaq üçün hərəsindən nəsə öyrənirsən".

Nihat

Chosen
22
fanat.az

1Sources