EN

Pensiya ilə bağlı daha bir rəsmi məlumat

Yanvar ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 9 faiz (52 milyon manat) çox olmaqla 612 milyon manat vəsait yönəldilib.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb və artımdan sonra ortaaylıq pensiya 593 manata, o cümlədən yaşa görə ortaaylıq pensiya 632 manata çatıb.

 

Ötən ay 4 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 183 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

 

Tarix: 19 Fevral 2026, 14:57   
Chosen
34
17
pravda.az

10Sources