EN

Cəlilabadda itkin-şəhid Mahir Quliyev dəfn edilib

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Mahir Quliyev dəfn edilib.

"Report"un məlumatına görə, şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşi rayonun Cəlilabad şəhər qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Mahir Abuzər oğlu Quliyev 1958-ci il oktyabrın 31-də Cəlilabad şəhərində anadan olub. 1992-ci il iyunun 15-də Ağdərə rayonunun Sırxavənd kəndi istiqamətində gedən döyüşlər zamanı itkin düşüb.

Chosen
24
6
qaziler.az

10Sources