EN

Metroda tüstülənmə - Metropoliten açıqlama verdi

14:27 19.02.2026
14:27 19.02.2026

Bakı metropoliteninin "Nərimanov" stansiyasında hərəkətdə olan qatarın işıqlandırma blokunda texniki nasazlıq qeydə alınıb.

Mynews.az xəbər verir ki, bu barədə baku.ws-in sorğusuna cavab olaraq Bakı Metropoliteni QSC-dən bildirilib.

Qeyd olunub ki, normativlərə əsasən, sərnişinlər stansiyada düşürülərək qatar baxış üçün depoya yola salınıb, operativ şəkildə əvəzləyici qatar xəttə buraxılıb.

Hazırda bütün xətlərdə intervallar qorunmaqla qatarların qrafik üzrə hərəkəti təmin olunub.

***12:53

Metronun "Nəriman Nərimanov" stansiyasında qatarda tüstülənmə baş verib.

Bildirilib ki, tüstülənmə səbəbindən bütün sərnişinlər düşürülüb.

Hadisə ilə bağlı aidiyyatı üzrə sorğu ünvanlanıb.


Chosen
15
6
mynews.az

10Sources