EN

"Arsenal" Premyer Liqa matçında antirekorda imza atıb

İngiltərənin "Arsenal" klubu Premyer Liqada "Vulverhempton"a qarşı səfər matçında (2:2) antirekorda imza atıb.

"Far.Az" "Mirror"a istinadən xəbər verir ki, turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan "canavarlar"la görüşdə iki top fərqi ilə öndə olan londonlular bu üstünlüyü qoruya bilməyiblər.

Bu nəticə ilə "Arsenal" Premyer Liqa tarixində turnir cədvəlinin lideri olduğu halda autsayderlər zonasında yer alan komandaya qarşı iki top fərqi ilə öndə olub xal itirən ilk klub kimi tarixə düşüb.

Qeyd edək ki, London klubu 27 turdan sonra 58 xalla liderliyini davam etdirir.

Chosen
40
2
far.az

3Sources