Mingəçevir şəhərində Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Şahin Kərimovla vida mərasimi keçirilib.
"Far.Az"un Qərb bürosu xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, Mingəçevirin rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Şahin Heydər oğlu Kərimov 1972-ci il dekabrın 14-də Mingəçevirdə anadan olub. 1993-cü il aprelin 5-də Kəlbəcər rayonunda (Murovdağ silsiləsi) gedən döyüşlər zamanı itkin düşüb.
Ş.Kərimiv Mingəçevir şəhəri Şəhidlər xiyabanında dəfn ediləcək.