EN

Zelenskinin səhvi – Poroşenko açıqladı

Avropa Həmrəyliyi Partiyasının lideri, Ukraynanın keçmiş prezidenti Petro Poroşenko hesab edir ki, hazırkı Ukrayna lideri Vladimir Zelenski Rusiya ilə danışıqlarda səhvə yol verib.

Herbiand.az xarici mənbələrə istinadən xəbər verir ki, Poroşenko Zelenskinin ən böyük səhvi  Avropanın iştirakı olmadan danışıqlara cəlb etməsinə imkan verməsindədir.

“İndi avropalılar Fransa prezidenti Emmanuel Makronun birbaşa iştirak çağırışına qulaq asaraq danışıqlarda özləri iştirak etməlidirlər” deyən keçmiş prezident həmçinin hesab edirdi ki, Zelenski dərhal atəşkəs üçün daha çox səy göstərməlidir.

“O, Putini və Trampı başa düşmür. Bizim başqa bir problemimiz də var: Tramp Putini başa düşmür. Bu, qlobal faciədir və təkcə Ukrayna üçün deyil”.

Chosen
66
herbiand.az

1Sources